09 aprel 2026, 16:15

Dərya Xankişiyevdən, Sabirabad, Azərbaycan

Hörmətli cənab Prezident,

Mən, maliyyə ixtisası üzrə təhsil alan tələbə kimi ölkəmizdə dövlət maliyyəsinin rəqəmsallaşdırılması, şəffaflığın artırılması və müasir idarəetmə mexanizmlərinin tətbiqi istiqamətində həyata keçirilən islahatları yüksək qiymətləndirirəm. Bu addımlar gənclərin peşəkar inkişafına və ölkəmizin iqtisadi gücünün artmasına mühüm töhfə verir, daha parlaq gələcək üçün əlverişli zəmin yaradır.

Sizə fəaliyyətinizdə uğurlar arzulayıram, cənab Prezident.

Hörmətlə,

Dərya Xankişiyev

Azərbaycan Respublikası, Sabirabad rayonu, Qəzli kəndi.