09 aprel 2026, 15:00

Vəfa Məmmədovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident, əziz Mehriban xanım,

Mən, bir müddət əvvəl ünvanladığım müraciətimə göstərilən diqqət və operativ reaksiya üçün Sizə dərin təşəkkürümü bildirirəm.

Qaldırdığım problemin operativ və obyektiv şəkildə araşdırılmış, ədalətli qərarın qəbul olunması, mənim hüquqlarımın bərpası və iş mühitində sağlam münasibətlərin qorunması təmin edilmişdir. Göstərilən diqqət nəticəsində mövcud problem aradan qaldırılmışdır.

Hörmətli cənab Prezident, əziz Mehriban xanım, Sizin Azərbaycan müəlliminə, həkiminə, vətəndaşına olan qayğınız, hər kəsin hüquqlarının təmin edilməsinə, qorunmasına yönələn prinsipial mövqeyiniz, ədalətə söykənən yanaşmanız heyrətedicidir. Mənə qarşı həssas yanaşmanıza görə Sizə dərin minnətdarlığımı bildirir və gələcək fəaliyyətinizdə cansağlığı, uğurlar arzu edirəm.

Dərin hörmət və ehtiramla,

Vəfa Məmmədova

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.