09 aprel 2026, 12:50

Şəkər Nadirovadan, Bərdə, Azərbaycan

Hörmətli cənab Prezident,

Mənim oğlum Elvin Quliyev hərbçidir, Vətən müharibəsi iştirakçısıdır. Onun müqaviləsinin vaxtı bitdiyi üçün ötən ilin sonunda ordudan tərxis edilmişdir. Həm dövlət qurumlarının əməkdaşları, həm də sıravi vətəndaşlar tərəfindən bizim ailəyə olan hörmətdən həmişə razılığımı ifadə edirəm.

Bizim ailə aztəminatlı ailə hesab olunur. Bu kateqoriyadan olan ailələrə göstərilən dəstək böyük əhəmiyyət daşıyır. Bizim ailə də bu dəstəyi, dövlət qayğısını görən ailələrdən biridir.

Cənab Prezident, aztəminatlı ailələrə göstərilən diqqət və qayğıya, kömək və dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirir, ən xoş arzularımı çatdırıram. Yolunuz hər zaman açıq, həyatınız firavan olsun.

Hörmətlə,

Şəkər Nadirova

Azərbaycan Respublikası, Bərdə şəhəri.