08 aprel 2026, 18:00
Əhmədağa Quliyevdən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident!
Mən, Əhmədağa Quliyev, Tbilisi Dövlət Tibb Universitetinin 4-cü kurs tələbəsiyəm.
Sizin Gürcüstana dövlət səfəriniz bizim üçün qürur və fəxarət hissidir. Tbilisidə dalğalanan bayrağımızı görərkən dərindən düşündüm! Sizin daxili və xarici siyasətinizin mükəmməlliyi biz azərbaycanlıları dünyanın bir sıra ölkəsində təhlükəsiz və alnıaçıq elm və bilik almağa, gələcəkdə öz dövlətimizə yararlı kadr olmağa sövq edir və inkişaf üçün əlverişli şərait yaradır.
Siz bizim motivasiya mənbəyimizsiniz.
Uca Tanrı Sizi qorusun.
Hörmətlə,
Əhmədağa Quliyev
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi.