08 aprel 2026, 16:43
Qeyrət Vəliyevdən, Gəncə, Azərbaycan
Salam, möhtərəm Ali Baş Komandan!
Mən də hər bir azərbaycanlı kimi, qalib ölkənin vətəndaşı olmağımla qürur duyuram. Bunun üçün Sizə minnətdarıq.
Sizin apardığınız uğurlu siyasət, göstərdiyiniz qətiyyət və qurub-yaratdığınız güclü Ordu sayəsində 44 günlük Vətən müharibəsində mənfur ermənilərdən torpaqlarımızı azad etidk. Sizə nə qədər təşəkkür etsək azdır.
Uca Tanrıdan Ümummilli Liderimiz Heydər Əliyevə rəhmət diləyir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxt həyat arzu edirəm.
Hörmətlə,
Qeyrət Vəliyev
Azərbaycan Respublikası, Gəncə şəhəri.