Əzim Niftiyevdən, Cəlilabad, Azərbaycan
Hörmətli cənab İlham Əliyev,
Sizin Gürcüstan Respublikasına həyata keçirdiyiniz dövlət səfəri və paytaxt Tbilisi şəhərində rəsmi qarşılanma mərasimi ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasının bariz nümunəsidir. Səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etməyiniz xalqımızın tarixinə və dövlətçilik ənənələrinə göstərilən yüksək ehtiramın ifadəsidir.
Mən, Niftiyev Əzim Özüxan oğlu, Sizə dərin minnətdarlığımı bildirirəm. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan dövləti güclü əllərdədir. Sizin rəhbərliyinizlə ölkəmizdə aparılan genişmiqyaslı quruculuq işləri, sabitlik və inkişaf siyasəti xalqımızın rifahının yüksəlməsinə xidmət edir.
Azərbaycan artıq beynəlxalq aləmdə öz sözünü deyən güclü dövlətə çevrilmişdir. Dünyanın əksər ölkələri ilə qurulan əlaqələr ölkəmizin açıq və uzaqgörən siyasətinin nəticəsidir. Biz əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan daha böyük uğurlara imza atacaq və gələcəkdə də inkişaf yolunda inamla irəliləyəcəkdir.
Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
Niftiyev Əzim Özüxan oğlu
Azərbaycan Respublikası, Cəlilabad şəhəri.