07 aprel 2026, 18:00
Həzi İmanovdan, Ağsu, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizin, vətəndaṣlara göstərmiş olduğunuz qayğı və təşəbbüsləri biz yüksək qiymətləndiririk. Dövlətimiz tərəfindən yaradılmış imkanlardan mən də faydalanmışam və Dövlət Məşğulluq Agentliyi tərəfindən keçiçilik sahəsi üzrə əmlak əldə etmişəm. Hal- hazırda bu sahədə çalışıram və verilən əmlak nəticəsində kiçik ailə fermer təsərrüfatımı qurmuşam.
Cənab Prezident, başda Siz olmaqla bu işdə əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Həzi İmanov
Azərbaycan Respublikası, Ağsu rayonu, Padarqışlaq kəndi.