07 aprel 2026, 17:05

Sənan Hüseynzadədən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Doğma Buzovna qəsəbəsinə göstərdiyiniz diqqət, aparılan abadlıq və yenidənqurma işlərinə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Sizin rəhbərliyiniz dövründə Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına ciddi fikir verilmişdir. Bununla bağlı qəbul edilmiş dövlət proqramları çərçivəsində görülən işlər ümumi inkişafa mühüm töhfə olumşdur.

Bizim qəsəbəmizin də siması günü-gündən gözəlləşir. Sizi çox sevirik və hər zaman dəstəkləyirik, cənab Prezident. Var olun!

Hörmət və ehtiramla,

Sənan Hüseynzadə

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi.