06 aprel 2026, 19:00

Hidayət Qulaməliyevdən, İstanbul, Türkiyə

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Ölkəmizin gündən-günə inkişafı xaricdə yaşayan azərbaycanlılara göstərilən ali dövlət qayğısında da özünü aydın göstərir.

Növbəti dəfə "ASAN xidmət" nümayəndələrinin İstanbula ezam olunması Vətəndən uzaqda yaşayan bizim üçün böyük dəstək və sevinc mənbəyidir. Bizə yaradılan bu asanlığa və diqqətə görə Sizə, Diasporla İş üzrə Dövlət Komitəsinə və "ASAN xidmət" əməkdaşlarına öz dərin təşəkkürümüzü çatdırırıq.

Hörmətlə

Hidayət Qulaməliyev

Türkiyə Respublikası, İstanbul şəhəri.