06 aprel 2026, 15:00
Yelmar Qarayevdən, Samux, Azərbaycan
Hörmətli cənab Prezidentimiz,
Regionumuzda baş verən mürəkkəb geosiyasi proseslər və münaqişələr fonunda Azərbaycanın sabitlik adasına çevrilməsi Sizin uzaqgörən siyasətinizin nəticəsidir. Xalqımıza bəxş etdiyiniz firavan həyat, təhlükəsizlik və sarsılmaz sülh üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin qətiyyətiniz sayəsində bu gün hər bir vətəndaş gələcəyə ümidlə baxır.
Dövlətimizin qüdrətlənməsi və xalqın rifahı naminə ali fəaliyyətinizdə Sizə yeni uğurlar arzulayıram.
Hörmətlə,
Yelmar Qarayev
Azərbaycan Respublikası, Samux şəhəri