06 aprel 2026, 13:46

Natiq Soltanovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Azərbaycanın davamlı inkişafı, milli həmrəyliyin möhkəmləndirilməsi və gənclərin sağlam ruhda formalaşması istiqamətində həyata keçirdiyiniz uzaqgörən və məqsədyönlü siyasət ölkəmizdə idman və elmin vəhdətini yeni mərhələyə yüksəltmişdir. Sizin rəhbərliyinizlə yaradılan geniş imkanlar nəticəsində Azərbaycan gəncliyi bu gün həm fiziki hazırlıq, həm də elmi-intellektual potensial baxımından dinamik inkişaf edir və beynəlxalq müstəvidə layiqincə təmsil olunur.

Azərbaycan İdman Akademiyasının Tələbə Elmi Cəmiyyəti olaraq biz də bu inkişaf strategiyasından ilhamlanaraq elmi fəaliyyətin genişləndirilməsi, innovativ tədqiqatların təşviqi və gənclərin elmə marağının artırılması istiqamətində səylə çalışırıq. Məqsədimiz yalnız bilik əldə etmək deyil, eyni zamanda əldə etdiyimiz elmi nəticələrlə cəmiyyətə real töhfə vermək, sağlam həyat tərzinin təbliği və idmanın elmi əsaslarla inkişafına xidmət etməkdir.

Möhtərəm cənab Prezident!

Biz gənclər Sizin ətrafınızda sıx birləşərək dövlətimizin daha da qüdrətlənməsi, idman və elmin inkişafı naminə əzmlə fəaliyyət göstərir, ölkəmizin gələcəyinə töhfə verməyi özümüzə şərəf bilirik. Sizə göstərdiyiniz yüksək diqqət və qayğıya görə dərin minnətdarlığımızı bildirir, möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Ulu Tanrı Sizi və ailənizi qorusun!

Dərin hörmət və ehtiramla,

Soltanov Natiq Mahir oğlu

Azərbaycan İdman Akademiyası Tələbə Elmi Cəmiyyətinin sədri

Azərbaycan Respublikası, Bakı şəhəri