Mahir Abdinovdan, Sankt-Peterburq, Rusiya
Salam, cənab Prezident!
Mən, qonşu ölkə olan Rusiyada yaşayıb, işləsəm də, ailəm Masallı rayonunda yaşayır. Qürbətdə olmaq, Vətəndən və ailədən uzaqda yaşamaq mənə çətin gəlsə də, ailəmin təhlükəsiz və sosial təminatı yüksək olan ölkədə firavan yaşamasından rahatlıq hissi duyuram. Sizin, Azərbaycan xalqının qayğısına qalmağınız Rusiyada yaşayan soydaşlarımız tərəfindən də hər zaman təqdir edilir.
Cənab Prezident, bu günlərdə mənim qızım pensiya təminatı ilə bağlı lazımi işləri uğurla yekunlaşdırmışdır. Ailəmin dövlət qayğısı ilə əhatə olunması məni məmnun edir. Bütün bunlara görə, ilk növbədə Sizə, həmçinin öz Vətəni və xalqı üçün layiqincə çalışan hər kəsə dərin minnətdarlığımı çatdırmaq istəyirəm.
Ulu Tanrı Sizi və doğma Azərbaycanımızı qorusun!
Hörmətlə,
Abdinov Mahir
Rusiya Federasiyası, Sankt-Peterburq şəhəri.