İlham Əliyevin və Qırğızıstanın keçid dövrü Prezidenti Roza Otunbayevanın görüşü olmuşdur

15 sentyabr 2010, 21:31
İlham Əliyevin və Qırğızıstanın keçid dövrü Prezidenti Roza Otunbayevanın görüşü olmuşdur

“Çırağan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstanın keçid dövrü Prezidenti Roza Otunbayevanın görüşü olmuşdur.

Görüşdə Qırğızıstanın keçid dövrü Prezidenti xalqımızın ümummilli lideri Heydər Əliyevlə görüşlərini məmnunluqla xatırladı, Azərbaycanın Bişkekdə öz səfirliyini açmasını yüksək dəyərləndirdi.

Prezident İlham Əliyev dedi ki, ölkəmizin Qırğızıstan ilə əlaqələri, xüsusilə də investisiya qoyuluşlarını inkişaf etdirmək imkanları vardır. Azərbaycan da Qırğızıstanda sabitliyin bərqərar olmasında maraqlıdır.

Görüşdə dövlət başçıları qarşılıqlı əlaqələri inkişaf etdirmək əzmində olduqlarını bildirdilər. 

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55