Mixail Zabelindən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident!
Mənə göstərilən yüksək etimada – 80 illik yubileyim ərəfəsində 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edildiyimə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.
Mənim üçün Vətən sadə söz deyil. Vətən – mənim torpağım, mənim xalqım, mənim Prezidentimdir! Azərbaycan xalqımla, Ümummilli Liderimlə, Prezidentimlə çətin və xoş günlər keçirdik. Birlikdə Qarabağın işğaldan azad edilməsi uğrunda mübarizə apardıq və şanlı Qələbəmizi qeyd etdik.
Azərbaycan Respublikasının 44 günlük Vətən müharibəsində şanlı qələbəsi Azərbaycanda yaşayan multikultural xalqların birliyini, iradəsini, vətənə, dövlətə olan sonsuz sevgisini nümayiş etdirdi. Milliyyətindən, dinindən asılı olmayaraq hər bir vətənpərvər Azərbaycan gənci qədim Azərbaycan torpaqlarını işğaldan azad edərək beynəlxalq hüququ, respublikanın ərazi bütövlüyünü bərpa etdi.
Mənim 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməyim barədə Sizin Sərəncamınız bir daha ona dəlalət edir ki, Azərbaycanda bütün vətəndaşlar üçün onların dini və ya milli mənsubiyyətindən asılı olmayaraq bərabər şərait yaradılmışdır.
Çox hörmətli İlham Heydər oğlu Əliyev, icazə verin fəaliyyətimi yüksək qiymətləndirdiyinizə görə Sizə bir daha təşəkkür edim, Sizə, ailənizə və bütün Azərbaycan xalqına uzun ömür, sülh və firavanlıq diləyim.
Dərin hörmət və ehtiramla,
Mixail Zabelin,
Milli Məclisin deputatı
Azərbaycan Respublikası, Bakı şəhəri.