19 mart 2026, 17:41

Nigar Mehbalıyevadan, Naftalan, Azərbaycan

Möhtərəm cənab Prezident!

Bir vətəndaş kimi qeyd etmək istərdim ki, ölkəmizin davamlı inkişafı ilə yanaşı, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Xüsusi ilə müavinatların, pensiyaların və əməkhaqlarının mütamadi şəkildə artırılması insanların həyat səviyyəsinin yaxşılaşmasına, sosial təminatın daha da güclənməsinə mühüm töhfə verir. Aztəminatlı ailələrin sosial müdafiəsinin möhkəmləndirilməsi, həssas qruplara göstərilən dövlət dəstəyi və məşğulluğun artırılması istiqamətində görülən işlər əhalinin sabaha olan inamını daha da artırır.

Cənab Prezident, biz vətəndaşlar dövlətimizin diqqət və qayğısını gündəlik həyatımızda aydın şəkildə hiss edir, həyata keçirilən sosial siyasətin real nəticələrini görürük. Buna görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,

Mehbalıyeva Nigar Hidayət qızı

Azərbaycan Respublikası, Naftalan şəhəri.