19 mart 2026, 16:15

Anar Tarverdiyevdən, Quba, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizi dərin ehtiram və böyük sevgi ilə salamlayır, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə göstərdiyiniz fədakar xidmətlərinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Sizin uzaqgörən siyasətiniz, yorulmaz fəaliyyətiniz və xalqımıza olan səmimi bağlılığınız hər zaman yüksək dəyərləndirilir. Azərbaycanın qazandığı saysız-hesabsız uğurların, tarixi Zəfərin təməlində müdrik siyasətin və sarsılmaz dövlət-xalq birliyinin dayandığını hər zaman fəxrlə söyləyirik.

Əziz Prezidentimiz, fürsətdən istifadə edərək Sizi Novruz Bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövlətçilik fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Allah Sizi qorusun!

Hörmətlə,

Anar Tarverdiyev

Azərbaycan Respublikası, Quba rayonu, Cağacıq kəndi.