19 mart 2026, 15:04

İlkin Məmmədovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Müasir Azərbaycan dövlətinin əldə etdiyi mühüm nailiyyətlər, ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzu və milli maraqların qətiyyətlə təmin olunması Sizin müdrik və uzaqgörən rəhbərliyinizin parlaq təzahürüdür. Sizin rəhbərliyinizlə həyata keçirilən ardıcıl islahatlar dövlətçiliyimizin əsaslarını daha da möhkəmləndirmiş, ölkəmizin dayanıqlı və davamlı inkişafına güclü təkan vermişdir.

İqtisadi, sosial və humanitar sahələrdə reallaşdırılan kompleks layihələr, müasir infrastrukturun qurulması və innovativ yanaşmalar Azərbaycanın tərəqqisini sürətləndirmiş, onu regionun lider dövlətlərindən birinə çevirmişdir. Eyni zamanda, milli dəyərlərin qorunması, elm və təhsilin inkişafı, gənclərin potensialının üzə çıxarılması istiqamətində göstərdiyiniz xüsusi diqqət ölkəmizin gələcək inkişafı üçün möhkəm zəmin yaradır.

Qlobal miqyasda müşahidə olunan mürəkkəb geosiyasi proseslər fonunda Sizin prinsipial mövqeyiniz və qətiyyətli siyasətiniz Azərbaycanın təhlükəsizliyinin və sabitliyinin əsas təminatıdır. Dövlətimizin suverenliyinin qorunması, milli maraqların müdafiəsi və vətəndaşların rifahının yüksəldilməsi istiqamətində atılan addımlar xalqımızda böyük inam və qürur hissi formalaşdırır.

Möhtərəm cənab Prezident!

Bir gənc ziyalı olaraq bildirirəm ki, dövlətimizin inkişafı naminə həyata keçirdiyiniz siyasəti daim dəstəkləyir və bu yolda Sizin ətrafınızda sıx birləşdiyimizi ifadə edirəm. Sizə göstərdiyiniz diqqət və qayğıya görə dərin minnətdarlığımı bildirir, fəaliyyətinizdə möhkəm cansağlığı, yeni-yeni uğurlar arzulayıram.

Ulu Tanrı Sizi və ailənizi qorusun!

Dərin hörmət və ehtiramla,

Məmmədov İlkin Rasət oğlu, Azərbaycan İdman Akademiyasının Elmi-tədqiqat mərkəzinin koordinatoru.

Azərbaycan Respublikası, Bakı şəhəri.