19 mart 2026, 13:45

Ramin Bayramovdan, Zərdab, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin yorulmaz fəaliyyətiniz, ardıcıl və məqsədyönlü siyasətiniz sayəsində ölkə vətəndaşlarının güzəranı gündən-günə yaxşılaşır. Bunun bariz nümunələrindən biri kimi işsiz şəxslərin özünüməşğulluq proqramını qeyd edə bilərik.

Mən bacarığım olan iş üzrə Məşğulluq Xidmətinə müraciət edərək bərbərxana avadanlıqları ilə təmin olundum. Fəaliyyət göstərməyim üçün zəruri olan avadanlıqların hər biri mənə verildi.

Mən bu sahədə öz işimi quraraq fəaliyyətə başladım. Həm insanlara xidmət göstərirəm, həm də dolanışığımı təmin edirəm.

Bizlər üçün yaratdığınız bu imkanlara görə Sizə dərin təşəkkürümü bildirirəm.

Hörmətlə,

Bayramov Ramin

Azərbaycan Respublikası, Zərdab rayonu, Aşağı Seyidlər kəndi