18 mart 2026, 17:41
Sərraf Hüseynovdan, Cəlilabad, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin rəhbərliyinizlə görülən işlər nəticəsində ölkəmiz sosial-iqtisadi sahədə hər il yeni-yeni qələbələrə imza atır.
Sizin xüsusi diqqət və qayğınız sayəsində, quruculuq-abadlıq işləri nəticəsində bizim rayonumuz da çiçəklənən, abad bir diyara çevrilib.
Cəlilabad rayonunda görülən abadlıq işlərinə və gənclərə göstərdiyiniz xüsusi diqqətə görə Sizə minnətdarıq. Biz Cəlilabad gəncliyi olaraq hər zaman Sizin uzaqgörən siyasətinizi qətiyyətlə dəstəkləyirik.
Dövlətimizin qüdrətlənməsi yolunda Sizə yeni zirvələr arzu edirəm.
Biz hər zaman Sizinləyik!
Dərin hörmət və ehtiramla,
Hüseynov Sərraf
Azərbaycan Respublikası, Cəlilabad rayonu