17 mart 2026, 19:00
Səbirxan Əmirovdan, Ağsu, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin uğurlu siyasətinizin başlıca istiqamətini ölkə vətəndaşlarının rifahının və məmnunluğunun təminatı təşkil edir. Tapşırıqlarınızın əsasında aparılan ardıcıl sosial islahatlar bu sahədə ciddi irəliləyişlərə imkan verir.
Arıçılıq üzrə bilik, bacarığım olduğu təqdirdə əmlak almağa imkanım olmadığı üçün məşğulluq idarəsinə müraciət edərək 20 arı ailəsi əldə etdim.
Hazırda təsərrüfatımı artırmışam və sahibkar olaraq fəaliyyət göstərirəm. Məhz Sizin təşəbbüsünüzlə məşğulluq imkanlarının inkişaf etməsi biz vətəndaşlar tərəfindən yüksək qarşılanır.
Belə gözəl təşəbbüsdən faydalandığım üçün Sizə öz təşəkkürümü bildirirəm.
Hörmətlə,
Əmirov Səbirxan
Azərbaycan Respublikası, Ağsu rayonu.