17 mart 2026, 18:10
Günel Qələndərlidən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident!
Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə hazırda “BCC Group” QSC-də kiçik mütəxəssis vəzifəsində çalışıram.
İşlə təmin olunmağım mənim və ailəm üçün çox sevindirici və əhəmiyyətli bir hadisə olmuş, həyatımızda müsbət dəyişikliklərə səbəb olmuşdur.
Bu iş sayəsində ailə büdcəmizə dəstək olur, gələcəyə daha böyük ümid və inamla baxıram.
Sizə möhkəm cansağlığı, dövlətimizin inkişafı naminə həyata keçirdiyiniz fəaliyyətinizdə daim uğurlar arzulayıram
Hörmətlə,
Qələndərli Günel
Azərbaycan Respublikası, Bakı şəhəri.