17 mart 2026, 16:55
Zəkiyyə İbrahimovadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Ölkəmizdə vətəndaşların məşğulluğunun artırılması, insanların öz işlərini qurmasına yaradılan imkanlar böyük razılıqla qarşılanır.
Mən də dövlətimizin təqdim etdiyi özünüməşğulluq proqramından yararlanaraq şirniyyat sahəsi üzrə avadanlıqlarla təmin olunmuşam və öz fəaliyyətimi qurmuşam.
Bu layihə mənim üçün yeni iş imkanlarının yaranmasına və gələcəyə inamla baxmağıma böyük töhfə vermişdir.
Göstərilən diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Hörmətlə,
İbrahimova Zəkiyyə Kamal qızı
Azərbaycan Respublikası, Bakı şəhəri.