17 mart 2026, 14:50

Yusif Mirzəzadədən, Naxçıvan, Azərbaycan

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Milli qürurumuzun möhkəm istinadgahı olan Naxçıvan tarix boyu Vətənin bütövlüyü, suverenliyimizin sarsılmazlığı uğrunda strateji dayaq nöqtəsi missiyasını şərəflə yerinə yetirmişdir. Dövlətçiliyimizin ən kəşməkəşli mərhələlərində məhz bu ulu torpaqdan pərvazlanan qurtuluş məfkurəsi bütün ölkənin aydın gələcəyinə işıq salmış, müstəqilliyimizin yenidən dirçəlişinə şərait yaratmışdır.

Bu gün Sizin praqmatik və məqsədyönlü siyasətiniz nəticəsində Muxtar Respublikamız növbəti tarixi tərəqqi dövrünə qədəm qoymuşdur. İmzalandığınız tarixi sənədlər, həyata keçirilən qlobal miqyaslı telekommunikasiya-quruculuq tədbirləri qədim diyarımızı sadəcə iqtisadi tərəqqi meydanına deyil, həm də beynəlxalq miqyaslı proseslərin, ümumtürk mənəvi və siyasi birliyinin qovşağına çevirmişdir. Qürurla demək lazımdır ki, son dövrlərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın sosial-iqtisadi inkişafı istiqamətində verdiyiniz tapşırıqlar və sərəncamlar Sizin vətəndaş rifahını hər şeydən uca tutduğunuzun növbəti danılmaz təzahürüdür.

Bəşəriyyətin mürəkkəb geosiyasi kataklizmlər və hərbi eskalasiyalar dövrünü yaşadığı bir dövrdə Sizin polad iradəniz və məqsədyönlü siyasətiniz xalqımızın təhlükəsizlik qarantına çevrilib. Son vaxtlar yurdumuzun səmasında asayişi pozmağa yönəlmiş məkrli təxribat cəhdlərin, mülki həyatı hədəf alan qəsdlərin qarşısının alınmasında sərgilədiyiniz dönməz mövqe və verdiyiniz operativ və qəti tapşırıqlar dövlətimizin və dövlətçiliyimizin düşmənlərinə verilən ən tutarlı cavab oldu. Dövlət sərhədlərinin toxunulmazlığı və milli asayişimizin qorunması naminə nümayiş etdirdiyiniz bu iradə cəmiyyətimizdə mütləq əminlik və sonsuz iftixar hissi yaradır.

Möhtərəm cənab Prezident!

Milli tərəqqimiz və dövlətçiliyimizin qüdrətlənməsi naminə irəlilədiyiniz bu müqəddəs yolda Muxtar Respublikanın bütün gəncləri Sizin ətrafınızda daim həmrəydir. Göstərdiyiniz xüsusi diqqət və qayğıya görə Sizə öz dərin minnətdarlığımızı ifadə edir, Müstəqil Azərbaycanın qüdrətli gələcəyinə uzanan bu yolda Sizə möhkəm cansağlığı, yorulmaz fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq.

Ulu Tanrı Sizi və ailənizi öz pənahında saxlasın!

Dərin hörmət və ehtiramla,

Yusif Mirzəzadə, Naxçıvan Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin sədri

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri.