“Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 364-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 19 avqust tarixli 750 nömrəli Fərmanında dəyişiklik edilməsi, “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında” 2001-ci il 4 iyul tarixli 526 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

16 mart 2026, 15:34

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər tutaraq, “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 364-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin birinci və üçüncü hissələrində, 10-cu maddəsinin birinci hissəsində və
13-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 7-ci və 13-cü maddələrinin üçüncü hissələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 7-ci və 10-cu maddələrinin birinci hissələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi nəzərdə tutulur.

2. “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 750 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 500 (Cild I) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Müəyyən edilsin ki:

2.1. “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin birinci və üçüncü hissələrində, 10-cu maddəsinin birinci hissəsində və
13-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 7-ci və 13-cü maddələrinin üçüncü hissələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

2.3. həmin Qanunun 7-ci və 10-cu maddələrinin birinci hissələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi nəzərdə tutulur.”.

3. “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 526 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 463 (Cild I) ləğv edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 mart 2026-cı il

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55