Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

16 mart 2026, 15:31

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 17-ci və 25-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 787 (Cild I); 2024, № 7, maddə 747; 2025, № 6, maddə 524, № 7, maddə 627) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 9.0.5-ci maddəyə “sənədləri” sözündən sonra “, “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən emal edilməmiş almazlara dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyini” sözləri əlavə edilsin;

1.2. 92.2.3-cü maddəyə “sənədlərlə” sözündən sonra “, “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən emal edilməmiş almazlara dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə” sözləri əlavə edilsin.

Maddə 2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202 (Cild I); 2024, № 1, maddə 18, № 2, maddə 135, № 4, maddə 362, № 5 (I kitab), maddələr 487, 489, 492, 503, № 7, maddələr 750, 768, 771, 772, № 12 (I kitab), maddə 1280, (II kitab), maddələr 1330, 1350; 2025, № 1, maddələr 1, 15, № 2, maddə 99, № 3, maddə 217, № 4 (I kitab), maddələr 305, 311, № 5, maddələr 434, 440, № 6, maddə 529, № 7, maddələr 607, 619, 626, № 8, maddələr 736, 741; Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 247-VIIQD nömrəli, 30 dekabr tarixli 334-VIIQD və 335-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 43.1-ci maddəyə “456,” rəqəmlərindən sonra “457.3,” rəqəmləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda 457.3-cü maddə əlavə edilsin:

“457.3. Emal edilməmiş almazların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi olmadan idxalı və ixracına görə –

fiziki şəxslər beş yüz əlli manatdan yeddi yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.”.

Maddə 3. “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 10, maddə 870 (Cild I); 2024, № 2, maddələr 132, 138, № 3, maddə 250) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.1.10-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.1.11-ci maddə əlavə edilsin:

“1.1.11. emal edilməmiş almazlar – işlənməmiş və ya sadəcə yonulmuş, parçalanmış və ya qırılmış və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan qiymətli daşlar.”;

3.2. 12-ci maddənin adına, 12.1-ci maddənin birinci və ikinci cümlələrinə, 12.2-ci və 12.3-cü maddələrə “zərgərlik” sözündən əvvəl “emal edilməmiş almazlar,” sözləri əlavə edilsin;

3.3. aşağıdakı məzmunda 17.3-cü və 17.4-cü maddələr əlavə edilsin:

“17.3. Emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsi və “Emal edilməmiş almazların ixracı ilə əlaqədar “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin tələblərinə uyğun sertifikatın forması və verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

17.4. Azərbaycan Respublikasında emal edilməmiş almazların idxalı və ixracı yalnız “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə üzv dövlətlərdən həyata keçirilə bilər. Emal edilməmiş almazların idxalı və ixracı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi əsasında həyata keçirilir.”;

3.4. 20-ci maddə üzrə:

3.4.1. 20.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“20.1. Bu Qanunun tələblərini pozan şəxslər qanunla müəyyən edilmiş hallarda məsuliyyət daşıyırlar.”;

3.4.2. 20.3-cü maddədə “Bu Qanunun 10.3-cü maddəsinin tələblərinin pozulması, habelə qiymətli” sözləri “ Qiymətli” sözü ilə əvəz edilsin.

Maddə 4. Bu Qanun Azərbaycan Respublikasının “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulduğu gündən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 fevral 2026-cı il

SƏNƏDLƏR Fərmanlar 21 avqust 2026
15:48
“Аzərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2026-cı il iyunun 22-də Bakı şəhərində imzalanmış “Аzərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq ...

21 avqust 2026, 15:48
SƏNƏDLƏR Fərmanlar 21 avqust 2026
15:47
“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətin gömrük statistikası sahəsində əməkdaşlıq haqqında Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2026-cı il iyunun 22-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında qarşılıql...

21 avqust 2026, 15:47
SƏNƏDLƏR Fərmanlar 21 avqust 2026
15:46
“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında energetika sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2026-cı il iyunun 22-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında energetika sahəsində əməkdaşlıq haqqında ...

21 avqust 2026, 15:46
SƏNƏDLƏR Fərmanlar 21 avqust 2026
15:45
“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2026-cı il iyunun 22-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anl...

21 avqust 2026, 15:45
SƏNƏDLƏR Fərmanlar 21 avqust 2026
15:44
“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsinin əsas istiqamətləri haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2026-cı il iyunun 22-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iqtisadi əməkdaşlığın inkişafı və dərinlə...

21 avqust 2026, 15:44
SƏNƏDLƏR Sərəncamlar 20 avqust 2026
15:58
“Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, turizm bazarında rəqabətqabiliyyətli turizm məhsullarının təqdim edilməsi, turizm sahəsində idarəetmənin və tənzimləmənin təkmilləşdirilməsi, regionlarda turizmin ink...

20 avqust 2026, 15:58
SƏNƏDLƏR Fərmanlar 20 avqust 2026
15:57
“Mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 fevral tarixli 607 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqınd...

20 avqust 2026, 15:57
SƏNƏDLƏR Fərmanlar 20 avqust 2026
15:56
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin strukturu

Azərbaycan Respublikası Prezidentinin

2026-cı il 20 avqust tarixli Fərmanı ilə

təsdiq edilmişdir

1. Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Aparatı.

2. Azərbaycan Respublikasında Kiçik və Orta Biz...

20 avqust 2026, 15:56
SƏNƏDLƏR Fərmanlar 20 avqust 2026
15:55
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin ƏSASNAMƏSİ

Azərbaycan Respublikası Prezidentinin

2026-cı il 20 avqust tarixli Fərmanı ilə

təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxrac...

20 avqust 2026, 15:55
SƏNƏDLƏR Fərmanlar 20 avqust 2026
15:54
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsi”nin və strukturunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqınd...

20 avqust 2026, 15:54