16 mart 2026, 15:55
Rahil Bayramovdan, Kürdəmir, Azərbaycan
Hörmətli cənab Prezident!
Ölkəmizin inkişafı, xalqımızın sosial vəziyyəti və dövlətimizin güclü olması naminə gördüyünüz işlər böyük qürur mənbəyidir.
Özünüməşğulluq proqramı çərçivəsində dövlətimizin dəstəyi ilə əmlak alaraq öz təsərrüfatımı qurmaq imkanı qazandım.
Dövlətimiz tərəfindən həyata keçirilən sosial layihələr çərçivəsində göstərilən diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirmək istəyir, Sizə möhkəm cansağlığı, güc, uzun ömür və fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Bayramov Rahil Habil oğlu
Azərbaycan Respublikası, Kürdəmir rayonu, Çöl Ərəb kəndi.