16 mart 2026, 13:15

Simuzər Hüseynovadan, Kürdəmir, Azərbaycan

Möhtərəm cənab Prezident!

Ölkəmizdə olan sabitlik, inkişaf və rifah üçün apardığınız uzaqgörən siyasətə görə sizə təşəkkürümü bildirirəm.

Sosial sahədə dəstəyinizin nəticəsi olaraq özünüməşğulluq proqramı çərçivəsində maldarlıq təsərrüfatı üzrə əmlakla təmin olunmağım ailəmin maddi dayanıqlığına çox böyük dəstək olmuşdur.

Ölkəmizdə məşğulluq səviyyəsinin yüksəldilməsinə və vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Allah Sizi qorusun!

Hörmətlə,

Hüseynova Simuzər Zaur qızı

Azərbaycan Respublikası, Kürdəmir rayonu, Ərşəli kəndi.