13 mart 2026, 18:00

Bəbir Abbasovdan, Füzuli, Azərbaycan

Möhtərəm cənab Prezident!

Dünyanın müxtəlif nöqtələrində baş verən gərginliklər, müharibələr və dərin iqtisadi böhranlar fonunda ölkəmizin sülh, sabitlik və inkişaf içində yaşaması üçün göstərdiyiniz misilsiz xidmətlərə görə Sizə öz dərin minnətdarlığımı bildirməyi özümə mənəvi borc bilirəm. Sizin uzaqgörən siyasətiniz və yorulmaz zəhmətiniz sayəsində Azərbaycan bu gün bölgənin ən güclü və nüfuzlu dövlətlərindən birinə çevrilmişdir.

Mən bir Füzuli sakini olaraq, Sizin rəhbərliyinizlə qazanılan möhtəşəm Zəfərin sevincini hər zaman qəlbimdə yaşayıram. Doğulduğum Füzuli rayonunun işğaldan azad edilməsi mənim həyatımın ən xoşbəxt anı oldu. Uzun illər çəkən yurd həsrətinə son qoyduğunuz, bizə qələbə qürurunu bəxş etdiyiniz üçün Sizə sonsuz təşəkkür edirəm.

Bu gün biz Füzuli rayonunun 1 saylı Qayıdış qəsəbəsində dövlətimizin qayğıısını hər an hiss edərək yaşayırıq. İşğaldan azad edilmiş torpaqlarımızın sürətlə yenidən qurulması, həmin ərazilərə həyatın qayıtması Sizin xalqımıza olan sevginizin və sarsılmaz iradənizin ən bariz nümunəsidir.

Vətənimiz üçün çəkdiyiniz böyük zəhmətə görə Sizə minnətdaram. Uca Allah Sizi və dövlətimizi qorusun!

Dərin hörmət və ehtiramla,

Abbasov Bəbir İsmayıl oğlu

Azərbaycan Respublikası, Füzuli rayonu, 1 saylı Qayıdış qəsəbəsi.