13 mart 2026, 17:40

Elşən Ariflidən, Bakı, Azərbaycan

Cənab Prezident,

Martın 5-də Naxçıvan istiqamətində baş vermiş dron hücumu ilə əlaqədar görülmüş operativ tədbirlərə, onun fəsadlarının qısa müddətdə aradan qaldırılmasına və vətəndaşların gediş-gəlişinin təmin edilməsinə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Ölkəmizin və xalqımızın təhlükəsizliyinin təmin olunması istiqamətində atılan hər bir addım bizə böyük qürur və güvən verir. Dövlətimizin sarsılmazlığı naminə göstərdiyiniz qətiyyəti sonadək dəstəkləyirik.

Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,

Arifli Elşən

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi.