13 mart 2026, 16:10

Sevil İbrahimovadan, Şəmkir, Azərbaycan

Hörmətli cənab Prezident,

Mən şirniyyat istehsalı ilə məşğul olurdum və işimi böyütmək qərarına gəldim. Yeni avadanlıq almaq üçün maddi imkanım kifayət etmirdi. Bunun üçün Məşğulluq Mərkəzinə müraciət etdim və yeni avadanlıqlarla təmin olunmaq, işimi böyütmək istədiyimi bildirdim. Müraciətimi qəbul etdilər və məni yüksək keyfiyyətli un məmulatları avadanlıqları təmin etdilər.

Cənab Prezident, Sizin müdrik siyasətiniz sayəsində millətimiz firavan yaşayır və əhalinin maddi rifahı gündən-günə yaxşılaşır. Ulu Tanrıdan Sizə və ailənizə daim firavan həyat arzulayırıq.

Hörmətlə,

Sevil İbrahimova

Azərbaycan Respublikası, Şəmkir rayonu, Düyərli kəndi.