12 mart 2026, 16:26

Tural Kərimovdan, Ağdaş, Azərbaycan

Salam, cənab Prezident.

Mən, bir Vətən müharibəsi veteranı olaraq, fəxrlə bildirmək istərdim ki, ölkəmizin çiçəklənməsi, insanların rifah halının yüksəldilməsi və ehtiyaclarının qarşılanması istiqamətində atılan sosialyönümlü addımlar çox təqdirəlayiqdir və xalq tərəfindən bəyənilir. Mənim özünüməşğulluq proqramına cəlb edilməyim, əmlakla təmin olunmağım və öz şəxsi təsərrüfatımı yaratmağım həyatımda böyük dəyişikliklərə və müsbət irəliləyişlərə səbəb olmuşdur.

Bu münasibətlə Siz başda olmaqla, əziyyəti keçən hər kəsə minnətdarlığımı bildirirəm.

Var olun, cənab Prezident.

Hörmətlə,

Tural Kərimov

Azərbaycan Respublikası, Ağdaş rayonu, Dəhnəxəlil kəndi.