12 mart 2026, 17:33
Xəzər Əliyevdən, Abşeron, Azərbaycan
Möhtərəm cənab Prezident!
Ölkəmizdə gənclərə göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Sizin gənclər siyasətiniz bizə geniş imkanlar açır və böyük stimul verir. Mən də bir gənc vətəndaş olaraq, dövlətimizin inkişafı və parlaq gələcəyi naminə bütün bilik və bacarığımla Vətənimə dəstək olmağa hər zaman hazıram.
Sizə ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Dərin hörmət və ehtiramla,
Əliyev Xəzər Ceyhun oğlu
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.