Elvin Nəsirovdan, Astara, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Sizin tapşırığınızla qardaş və qonşu İran xalqına göstərilən humanitar yardım xəbəri biz vətəndaşlarda böyük qürur və minnətdarlıq hissi yaratdı. Çətin vəziyyətə düşmüş insanlara yardım əlini uzatmağınız Azərbaycan dövlətinin humanizm, mərhəmət və ali mənəvi dəyərlərə sadiqliyinin parlaq nümunəsidir. Bu addım bir daha göstərdi ki, Azərbaycan dövləti hər zaman sülhə, humanizmə və insanlıq dəyərlərinə sadiq olan bir dövlətdir.
Sizin göstərişinizlə İrana göndərilən humanitar yardım dövlətimizin necə böyük ürəyə və humanist siyasətə sahib olduğunu bir daha sübut edir. Çətin məqamda qonşu xalqa yardım göstərmək, insanlara dəstək olmaq böyük liderlik və yüksək mənəvi keyfiyyət tələb edir. Sizin bu addımınız həm ölkə daxilində, həm də beynəlxalq aləmdə Azərbaycan dövlətinin humanist və məsuliyyətli mövqeyini bir daha nümayiş etdirdi.
Cənab Prezident, Sizin uzaqgörən siyasətiniz, xalqımıza olan diqqət və qayğınız, həmçinin humanist qərarlarınız biz vətəndaşlarda daim böyük inam və qürur hissi yaradır. Azərbaycan xalqı üçün Sizin kimi güclü, qətiyyətli və mərhəmətli bir liderə sahib olmaq böyük xoşbəxtlikdir. Biz belə bir Prezidentimizin olması ilə həqiqətən fəxr edir, özümüzü bəxtəvər və xoşbəxt hesab edirik.
Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısı olaraq bildirmək istəyirəm ki, Sizin rəhbərliyiniz və Ali Baş Komandan kimi verdiyiniz əmrlər sayəsində Vətən uğrunda döyüşmək, torpaqlarımızın azadlığı uğrunda xidmət etmək mənim həyatımın ən böyük şərəfi və qürurudur. Mən Sizin rəhbərliyiniz və əmrləriniz ilə döyüş meydanında xidmət etdiyim üçün özümlə böyük fəxr edir, özümü çox xoşbəxt və bəxtəvər hesab edirəm. Bu, mənim üçün ömrüm boyu daşıyacağım ən böyük qürur və şərəfdir.
Mənim atam uzun illər hüquq-mühafizə orqanlarında xidmət etmiş polis veteranıdır. Belə bir ailədə böyümək mənə Vətənə, dövlətə və xalqa sədaqətlə xidmət etməyin nə qədər müqəddəs və şərəfli bir yol olduğunu öyrədib. Bu gün Azərbaycan dövlətinin güclənməsi, xalqımızın rifahı və ölkəmizin dünyada artan nüfuzu Sizin uzaqgörən və qətiyyətli siyasətinizin nəticəsidir.
Sizin kimi müdrik, qətiyyətli və humanist liderin rəhbərliyi altında Azərbaycan daha da güclənir, inkişaf edir və beynəlxalq aləmdə nüfuzunu gündən-günə artırır. Sizin hər bir addımınız, hər bir qərarınız biz vətəndaşlarda dövlətimizə və gələcəyimizə olan inamı daha da möhkəmləndirir.
Fürsətdən istifadə edərək Sizə Azərbaycan dövlətinin inkişafı və xalqımızın rifahı naminə göstərdiyiniz misilsiz xidmətlərə görə dərin minnətdarlığımı bildirirəm. Uca Allahdan Sizə möhkəm cansağlığı, uzun ömür, möhkəm iradə və Azərbaycan dövlətinin daha da qüdrətlənməsi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Dərin hörmət və ehtiramla,
Nəsirov Elvin Eynulla oğlu, Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısı
Azərbaycan Respublikası, Astara rayonu, Ərçivan qəsəbəsi.