Fazil Əliyevdən, Naftalan, Azərbaycan
Hörmətli cənab Prezident!
Sizin rəhbərliyinizlə respublikamızda idmanın inkişafı istiqamətində görülən işlər, yaradılan müasir idman infrastrukturu və idmançılara göstərilən dəstək ölkəmizin beynəlxalq idman arenasında uğurla təmsil olunmasına və Azərbaycan Bayrağının daim yüksəklərə qaldırılmasına mühüm töhfə verir. Yaradılan geniş imkanlar nəticəsində gənclər arasında idmana maraq daha da artır. Onların sağlam ruhda formalaşmasına şərait yaranır və sağlam həyat tərzi geniş şəkildə təbliğ olunur.
İdmana və idmançılara göstərdiyiniz davamlı dəstəyə görə Sizə naftalanlı idmançılar adından minnətdarlığımı bildirir, fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Uca Allah Sizi və ailənizi qorusun.
Dərin hörmət və minnətdarlıqla,
Əliyev Fazil Tofiq oğlu
Azərbaycan Respublikası, Naftalan şəhəri.