12 mart 2026, 13:10

Emin Rəcəbovdan, Bakı, Azərbaycan

Möhtərəm Prezident,

Mən, bir Azərbaycan vətəndaşı olaraq, Sizinlə fəxr edirəm və hər zaman Sizə minnətdarlıq hissi duyuram.

44 günlük şanlı Vətən müharibəsində bütün dünya Sizin necə qətiyyətli, müdrik, güclü, xalqını çox sevən bir lider olduğunuzu gördü. Siz Azərbaycan tarixindəki ən şanlı Qələbənin sevincini millətimizə yaşatdınız. Sizin siyasətiniz nəticəsində dövlətimiz iqtisadi, xalqımız isə sosial cəhətdən inkişaf edir.

Siz, Ulu Öndərimiz Heydər Əliyevin yolunu uğurla davam etdirirsiniz. Xalqımız Sizi çox sevir və hər zaman yanınızdayıq. Biz çox məmnunuq ki, qalib ölkənin vətəndaşlarıyıq.

Yaşasın Azərbaycan, yaşasın cənab İlham Əliyev!

Hörmətlə,

Emin Rəcəbov

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi.