Hafiz Şəmiyevdən, Kürdəmir, Azərbaycan
Möhtərəm cənab Prezident!
Sizə dərin hörmət və minnətdarlığımı bildirmək istəyirəm.
Sizin uzaqgörən və qətiyyətli siyasətiniz nəticəsində Azərbaycan dövləti gündən-günə güclənir, xalqımızın rifahı daha da yaxşılaşır. Xüsusilə dövlətimizin müstəqilliyinin və ərazi bütövlüyünün qorunması istiqamətində göstərdiyiniz qətiyyətli mövqe hər bir Azərbaycan vətəndaşında böyük qürur hissi yaradır.
Sizin rəhbərliyinizlə Azərbaycan Ordusunun gücü və dövlətimizin iradəsi bütün dünyaya nümayiş olundu. Sizin rəhbərliyiniz altında formalaşmış “dəmir yumruq” siyasəti xalqımızın birliyinin və dövlətimizin gücünün rəmzinə çevrilmişdir. Biz inanırıq ki, bu “dəmir yumruq” hər zaman öz yerində olacaq və Azərbaycan dövlətinin təhlükəsizliyini, gücünü daim qoruyacaqdır.
Sizin yorulmaz fəaliyyətiniz, xalqımıza göstərdiyiniz diqqət və qayğı hər bir vətəndaş üçün böyük dayaqdır. Azərbaycan xalqı Sizin rəhbərliyinizlə daha güclü, daha firavan gələcəyə doğru inamla addımlayır.
Mən, bir vətəndaş olaraq, Sizə dərin təşəkkürümü bildirir, möhkəm cansağlığı, uzun ömür və Azərbaycan dövləti naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
Şəmiyev Hafiz Aydın oğlu
Azərbaycan Respublikası, Kürdəmir rayonu, Sığırlı kəndi.