11 mart 2026, 16:30

Rəsul İsmayılovdan, Vadersloh, Almaniya

Hörmətli Ali Baş Komandan, cənab Prezident İlham Heydər oğlu Əliyev.

Mən, ailəmlə birlikdə qürbətdə – Almaniyada yaşamağıma baxmayaraq, ürəyim doğma Vətənimlə döyünür, Azərbaycanda baş verən hadisələri, prosesləri və Sizin apardığınız təqdirəlayiq xarici siyasəti diqqətlə izləyirəm. Bu, bizim üçün çox qürurverici bir hissdir.

Hal-hazırda bir çox dünya liderlərinin Sizə olan rəğbəti, dərin ehtiramı, dəstəyi, yüksək səviyyədə qarşılanma mərasimləri bunu göstərir ki, biz öz seçimimizdə yanılmamışıq.

Cənab Prezident, doğma Azərbaycanımız üçün gördüyünüz böyük işlərə görə Sizə minnətdaram.

Hörmətlə,

Rəsul İsmayılov

Almaniya Federativ Respublikası, Vadersloh şəhəri.