11 mart 2026, 15:53
Nadir Qurbanovdan, Ağdaş, Azərbaycan
Müzəffər Ali Baş Komandan, möhtərəm Prezident,
Sizin sosial sahədə atılan addımlarla bağlı verdiyiniz qərarlar məqsədyönlü şəkildə inkişafa və davamlı iqtisadiyyatın qurulmasına gətirib çıxarır. Son illərdə Azərbaycanda işsizliyin səviyyəsi minimuma endirilmişdir. Əhalinin güzəranı ildən-ilə yaxşılaşmaqdadır.
Mən, bir veteran olaraq, məşğulluq mərkəzinə müraciət etdim və əmlakla təmin olundum. Artıq təsərrüfatımı qurmuşam və xeyrini də görmüşəm.
Odur ki, göstərilən dəstək tədbirlərindən çox razıyam və buna görə Sizə minnətdarlığımı bildirirəm.
Tanrı Sizi qorusun.
Hörmətlə,
Nadir Qurbanov
Azərbaycan Respublikası, Ağdaş rayonu, Ərəb kəndi.