11 mart 2026, 15:27

Sahibzadə Sultan Əhməd Əlidən, İslamabad, Pakistan

Zati-aliləri,

Bu günlərdə Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına və Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına pilotsuz uçuş aparatları vasitəsilə hücumların edilməsi barədə xəbərləri dərin kədər hissi ilə qarşıladıq. Bu xoşagəlməz hadisə ilə bağlı qardaş Azərbaycan xalqının yanında olduğumuzu bildirir, həmrəyliyimizi ifadə edirik.

Möhkəm qardaşlıq bağlarımızın olduğu ölkənizin təhlükəsizliyi, əmin-amanlığı üçün səmimi-qəlbdən dua edirik.

Zati-aliləri, ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik.

Dərin hörmətlə,

Sahibzadə Sultan Əhməd Əli

“MUSLIM” İnstitutunun sədri

Pakistan İslam Respublikası, İslamabad şəhəri.