Fərhad Bədəlbəylidən, Bakı, Azərbaycan
Çox hörmətli cənab Prezident!
Bu məktubu Sizə dərin minnətdarlıq hissi ilə ünvanlayıram. Bəzən insan elə bir mərhələdən keçir ki, ən doğru və gözəl sözlər belə hisslərin dərinliyini ifadə etmir. Məhz buna görə bu sətirləri böyük bir duyğu ilə yazıram.
Rəhbərlik etdiyiniz Vətənimizdə sənət adamlarına göstərdiyiniz diqqət və qayğı əsl mənada böyük dayaqdır. Sizin həssaslığınız, səmimi münasibətiniz bizə hər zaman güc və inam verir. Bu yaxınlarda Heydər Əliyev Fondunun rəhbəri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səhhətimlə əlaqədar mənə göstərdiyi həqiqi qayğı və mərhəmətin ürəkdən gəldiyini Sizin xalqa olan qayğı siyasətinin davamı olaraq qəbul edir və minnətdarlığımı bildirirəm!
Əziz cənab Prezident!
Dəstəyiniz və köməyiniz biz sənət adamları üçün dəyərli və əvəzsizdir. Sizə və ailənizə möhkəm cansağlığı, uğurlu və sevincli uzun illər arzulayıram.
Dərim hörmətlə,
Fərhad Bədəlbəyli
Azərbaycan Respublikası, Bakı şəhəri.