Aytən Əliyevadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizə dərin hörmət və ehtiramımı bildirirəm.
Sizin rəhbərliyinizlə həyata keçirilən məqsədyönlü və uzaqgörən dövlət siyasəti nəticəsində Azərbaycan Respublikası regionda sabit, təhlükəsiz və dinamik inkişaf edən dövlət kimi mövqeyini daha da möhkəmləndirmişdir. Ölkəmizdə təmin olunan ictimai-siyasi sabitlik, təhlükəsizlik və davamlı inkişaf həyata keçirdiyiniz ardıcıl siyasətin mühüm nəticəsidir.
Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzunun artması, dünya dövlətləri ilə qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinin inkişafı da Sizin düşünülmüş və prinsipial diplomatik fəaliyyətinizin bariz təzahürüdür.
Bu gün dünyada baş verən mürəkkəb siyasi proseslər fonunda Sizin qətiyyətli siyasi mövqeyiniz, dövlətçilik prinsiplərinə sadiqliyiniz və Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etməyiniz xalqımız tərəfindən yüksək qiymətləndirilir.
Sizə ölkəmizin inkişafı, sabitliyi və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyiniz yorulmaz fəaliyyətə görə təşəkkürümü bildirir, möhkəm cansağlığı, uzun ömür və ali dövlətçilik fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Dərin hörmətlə,
Əliyeva Aytən Aşur qızı
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü
Azərbaycan Respublikası, Bakı şəhəri.