10 mart 2026, 18:35

Şahəddin Zeynallıdan, Naxçıvan, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan,

Bu yaxınlarda Naxçıvan Muxtar Respublikasının ərazisinə təxribat xarakterli hücum edilməsi xalqımız tərəfindən böyük narahatlıqla və qəzəblə qarşılandı. Həmin hadisə ilə bağlı Sizin nümayiş etdirdiyiniz qətiyyətli mövqe alqışalayiqdir. Sizin bu mövqeyiniz, dövlətimizin təhlükəsizliyini və xalqımızın ləyaqətini qorumaq istiqamətində göstərdiyiniz prinsipial iradə hər bir Azərbaycan vətəndaşında böyük qürur hissi yaratdı. Təhlükəsizlik Şurasının iclasındakı çıxışınızdan sonra bir daha əmin olduq ki, Azərbaycan dövləti öz suverenliyinə və vətəndaşlarının təhlükəsizliyinə qarşı yönələn heç bir təhdidi qəbul etməyəcək.

Cənab Prezident, Naxçıvan Muxtar Respublikasının bir sakini kimi Sizə dərin minnətdarlığımı bildirirəm. Xalqımız inanır ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan dövləti bundan da güclü və qüdrətli olacaqdır.

Sizə möhkəm cansağlığı, uzun ömür, dövlətimizə və xalqımıza xidmət yolunda yeni-yeni uğurlar arzulayıram. Uca Allah Sizi qorusun!

Dərin hörmətlə,

Şahəddin Zeynallı

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Xok kəndi.