11 mart 2026, 11:00
Zəhra Zeynalovadan, Göygöl, Azərbaycan
Hörmətli cənab Prezident!
Sizin rəhbərliyiniz altında Azərbaycan sürətli inkişaf yolunda inamla irəliləyir, ölkəmizin beynəlxalq nüfuzu daha da güclənir. Sizin müdrik siyasətiniz nəticəsində xalqımız sabitlik, təhlükəsizlik və firavanlıq şəraitində yaşayır. Qonşu dövlətlərdə yaşanan münaqişələr, müharibələr Azərbaycanda hökm sürən təhlükəsizliyin necə dəyərli olduğunu əyani şəkildə bir daha göstərir.
Ölkəmizin inkişafı, sabitliyi və rifahı naminə gördüyünüz misilsiz işlərə, xalqımıza və dövlətimizə göstərilən diqqət və qayğıya görə Sizə təşəkkür edir, xoş diləklərimi yetirirəm.
Allah Sizi hifz etsin.
Hörmətlə,
Zəhra Zeynalova
Azərbaycan Respublikası, Göygöl şəhəri.