Əməkdar jurnalistdən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Son günlər Yaxın Şərqdə baş verən hərbi münaqişə fonunda bölgədə qalan Azərbaycan vətəndaşlarının təhlükəsizliyi məsələsi ciddi narahatlıq doğururdu. Oğlum Ruslan Nəsirov da hücuma məruz qalmış Dubay şəhərində universitetlərin birində təhsil alır və mən də bir valideyn kimi bu ərəfədə böyük həyacan keçirirdim.
Lakin, bu çətin günlərdə Azərbaycan dövləti öz vətəndaşlarını yenə də tək qoymadı. Birləşmiş Ərəb Əmirliklərində və müharibə riski olan digər bölgələrdə qalan vətəndaşlarımızın Sizin göstərişiniz ilə təxliyəsi uğurla həyata keçirilir. Bu diqqət və qayğı sayəsində mənim oğlum da sağlam şəkildə Vətənə qayıtdı.
Cənab Prezident, mən, bir valideyn olaraq, Sizə, həmçinin Birləşmiş Ərəb Əmirlikləri və Omanda fəaliyyət göstərən səfirliyimizin əməkdaşlarına dərin təşəkkürümü bildirirəm. Dövlətimizin hər zaman öz vətəndaşının yanında olması böyük qürur və güvən hissi yaradır.
Daim var olsun qüdrətli Azərbaycan dövləti!
Dərin hörmət və ehtiramla,
Rəşad Nəsirov, əməkdar jurnalist.
Azərbaycan Respublikası, Bakı şəhəri.