10 mart 2026, 14:50

Tofiq Şahmarovdan, Masallı, Azərbaycan

Hörmətli Prezident, cənab Ali Baş Komandan,

Siz yürütdüyünüz düşünülmüş və uzaqgörən siyasətlə hər zaman Azərbaycanın milli maraqlarını rəhbər tutmuş, xalqımızın təhlükəsizlik və rifah içində yaşaması üçün əzmlə çalışmısınız. Bu günlərdə Təhlükəsizlik Şurasının iclasındakı çıxışınızı diqqətlə izlədik. İclasda səsləndirdiyiniz fikirlər təhlükəsizliyimizə xələl gətirməyə yönələn hallara qarşı mövqeyinizin nə dərəcədə qəti və birmənalı olduğunu bir daha təsdiq etdi.

Cənab Prezident, ölkəmizin milli maraqlarının, təhlükəsizliyinin və inkişafının təminatçısı olaraq gördüyünüz çox böyük işlər, xüsusilə də bu məsələlərlə bağlı nümayiş etdirdiyiniz qətiyyət, cəsarət xalqımızda böyük iftixar hissi doğurur. Azərbaycanın gələcəyi naminə atdığınız bütün addımları dəstəkləyirik və daim dəstəkləyəcəyik.

İnanırıq ki, Sizin müdrik rəhbərliyinizlə ölkəmiz daim inkişaf edəcəkdir.
Sizə cansağlığı, fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram.

Hörmətlə,

Tofiq Şahmarov, “İgidliyə görə” medalı ilə təltif edilmiş Qarabağ müharibəsi
veteranı

Azərbaycan Respublikası, Masallı şəhəri.