10 mart 2026, 16:27

Aybəniz Səlimova, Siyəzən, Azərbaycan

Hörmətli cənab Prezident,

Mən, işsiz bir qadın kimi, özünüməşğulluq proqramı sayəsində öz kiçik biznesimi qurmaq imkanı əldə etdim. Bu dəstək mənə və ailəmə yeni ümid və sabit gəlir qazandırır.

Ümumilikdə ölkəmizdə əhalinin məşğulluğunun təmin edilməsi, işsizlik səviyyəsinin azaldılması istiqamətində görülən tədbirlər təqdirəlayiqdir. Həm yeni yaradılan istehsal müəssisələri vasitəsilə insanlar işlə təmin olunur, həm də öz təsərrüfatını yaratmaq istəyən insanlar iş sahibi olur.

Cənab Prezident, sosial rifahımızın yaxşılaşmasına göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm.

Hörmətlə,

Aybəniz Səlimova

Azərbaycan Respublikası, Siyəzən şəhəri.