10 mart 2026, 15:20

Aybəniz Bədəlova, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident,

Ölkəmizdə gənclərin məşğulluğunun artırılması, onların peşəkar inkişafı və layiqli işlə təmin olunması istiqamətində həyata keçirdiyiniz siyasətə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Mən, dövlətimizin dəstəyi ilə işlə təmin olunmuşam. Kadrlar üzrə mütəxəssis kimi başladığım fəaliyyətimdə bu gün şöbə müdiri vəzifəsinə yüksəlmişəm. Gənclərə yaratdığınız imkanlara görə bir daha Sizə təşəkkür edir, fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Aybəniz Bədəlova

Azərbaycan Respublikası, İsmayıllı şəhəri.