06 mart 2026, 19:00
Familə Abduləzumovadan, Quba, Azərbaycan
Hörmətli cənab Prezident,
Dövlətimizin vətəndaşların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirdiyi proqramlardan faydalanan bir vətəndaş kimi Sizə öz təşəkkürümü bildirmək istəyirəm.
Məşğulluq layihəsi çərçivəsində mənə qadın gözəllik salonu avadanlıqlarının verilməsi mənim həyatımda çox böyük dəyişiklik etdi. Bu dəstək sayəsində artıq öz fəaliyyətimi qurmuşam, ailəmə dəstək oluram.
Ulu Tanrı hər zaman Sizə kömək olsun!
Hörmətlə,
Abduləzumova Familə Elbrus qızı
Azərbaycan Respublikası, Quba rayonu, Birinci Nügədi kəndi.