10 mart 2026, 13:30
Dilşad Həbibovadan, Qusar, Azərbaycan
Hörmətli cənab Prezident,
Ölkəmizdə vətəndaşların məşğulluğunun artırılması, sosial rifahının yüksəldilməsi və insanların öz işlərini qurmasına yaradılan imkanlar böyük razılıqla qarşılanır. Mən də dövlətimizin təqdim etdiyi özünüməşğulluq proqramından yararlanaraq aqroturizm sahəsi üzrə avadanlıqlarla təmin olunmuşam və öz fəaliyyətimi qurmuşam.
Vətəndaşlara göstərilən diqqət və qayğıya görə Sizə səmimi təşəkkürümü bildirirəm. Çalışacağam ki, işimi ildən-ilə daha da yaxşılaşdırım, ailəmə və dövlətimə daha çox xeyir verim.
Hörmətlə,
Həbibova Dilşad İmmaləddin qızı
Azərbaycan Respublikası, Qusar rayonu, Köhnə Xudat kəndi.