Əzim Niftiyevdən, Cəlilabad, Azərbaycan
Möhtərəm cənab Prezident.
Martın 5-də İranın pilotsuz uçuş aparatları ilə Naxçıvan Muxtar Respublikasına mənfur hücumunu qətiyyətlə pisləyərik. Bu çirkin əməllə bağlı həmin gün Təhlükəsizlik Şurasının iclasında etdiyiniz qətiyyətli çıxış Sizin nə qədər güclü iradəyə malik Lider olduğunuzu bir daha göstərdi. Eyni zamanda biz bir daha əmin olduq ki, Azərbaycan qüdrətli dövlətdir və Sizin Ali Baş Komandanlığınızla Silahlı Qüvvələrimiz ölkəmizin təhlükəsizliyini qorumağa hər zaman hazırdır.
Cənab Prezident, xalqımız Sizin qətiyyətli mövqeyinizlə qürur duyur və dövlətimizin gücünə inanır. Sizin düşünülmüş siyasətinizi dəstəkləyirik.
Allah Sizi, xalqımızı, dövlətimizi, ordumuzu qorusun!
Hörmətlə,
Əzim Niftiyev
Azərbaycan Respublikası, Cəlilabad şəhəri.